SpaceX kosmosa 5 min tardigrad və 128 bala kalamar göndərəcək

SpaceX 5 min su ayısı və 128 bala kalamarı tədqiqat məqsədi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərməyi planlayır.

Beynəlxalq Kosmik Stansiya xüsusilə sərt şəraitləri araşdırmaq üçün çox gözəl bir yerdir. İndiyə kimi bir neçə araşdırmanın aparıldığı Stansiya yeni bir tədiqata yenə ev sahibliyi edəcək. Tədqiqatçılar çox çətin şəraitlərdə həyatda qalmağı ilə məşhur olan su ayılarının kosmosa necə uyğunlaşacağını öyrənmək istəyirlər və fərqli ətraf mühit şərtlərinin həm Yerdəki, həm də Kosmosdakı tardiqrad geninə necə təsir etdiyini araşdıracaqlar. Tardigradlar ətraf mühitin əksər həyat formasından daha həddindən artıq dözümlü ayı bənzər kiçik canlılardır. Buna görə də bu mikroorqanizmlərin kosmosdakı ekstremal şəraitdə bioloji yaşamaqla əlaqəli daha çox araşdırmada NASA-ya kömək edəcəyi düşünülür. Mikroskopik canlılar astronavtların insanlara kosmosda təsir edən “stress faktorlarını” araşdırması üçün Beynəlxalq Kosmik Stansiyaya göndəriləcəklər.

Elon Muskın kosmos firması SpaceX-in kosmik stansiyaya göndərəcəyi 22-ci yük misiyası 3 İyunda baş verəcək. Yükün içində 5 min su ayısı və 128 bala kalamar da olacaq.

Tardigrad adı ilə bilinən su ayıları daha əvvəl də kosmosa göndərilmişdi. 2007-ci ildə Avropa Kosmik Agentliyi 3 min su ayısını aşağı Yer orbitinə göndərdi.

Dünyadakı ən dözümlü canlı olaraq qəbul edilən bu heyvanların sərt kosmik şəraitdə və digər planetlərdə həyatda qala  biləcəyi düşünülür.

Təcrübə rəhbəri Thomas Boothby: “Su ayıları bizdən minlərlə dəfə daha çox radiasiyaya dözümlüdürlər. Günlərlə, həftələrlə oksigensiz və ya az oksigenlə yaşaya bilərlər” – deyib.

Kosmonavtları kosmosda daha yaxşı qorumaq istəyən NASA, sözügedən təcrübə ilə sərt mühitlərdə su ayılarını qoruyan genləri araşdırmaq istəyir.