Sedat Pekerin “meme” kripto valyutası istifadəyə verilib

Son günlərdə Türkiyənin gündəmində oturan Sedat Peker, indi kripto pul bazarlarında yerini alıb. Mənbəsi hələ ki bilinməyən iki kripto valyuta – Sedat Peker Token və Reis Sedat Peker Coin istifadəyə verilib.

Son həftələrdə YouTube kanalında yayımladığı videolarda iddiaları ilə Türkiyənin gündəmini işğal edən və mütəşəkkil bir cinayət təşkilatının lideri olduğu iddiası ilə təqsirləndirilən Sedat Peker, indi bir meme kripto valyutaya ilham mənbəyi olub.

“SEDATPEKER” qısa adı altında satılan Sedat Peker Token adlı kripto pul vahidi dünən gecə bazara çıxarılıb. Kripto valyuta məşhur Dogecoin və ya Shiba Inu kimi “meme token” kateqoriyasında satılmağa başlanılıb. Sedat Peker Token’in bazar həcmi 364 min dollara çatıb. İşin gülməli tərəfi, Sedat Peker Token’i təqib edən Reis Sedat Peker Coin-in bazara çıxarılmasıdır.

sedat peker token

sedat peker token

Elon Muskın yaxın günlərdə Sedat Peker Tokenlə bağlı tweet atacağı gözlənilir.