PlayStation üçün yeni qorxu oyunu Luto açıqlanıb

P.T.-dən ilham alan yeni psixolojik qorxu oyunu “Luto” elan edildi…

Son bir neçə ildə oyun dünyasında qorxu oyunlarına olan maraqda bir xeyli artım müşahidə olunur. Phasmophobia və Resident Evil Village-in uğurları buna misal ola bilər. İndi də, psixoloji-qorxu pərəstişkarı oyunsevərlərin çıxışını maraqla gözləyəcəyi yeni bir oyun “Luto”-nun traileri təqdim edilib.

“Luto” İspaniya mərkəzli kiçik və müstəqil bir oyun studiosu olan Broken Bird Games tərəfindən hazırlanır və Lanzadera tərəfindən yayımlanacaq. Oyun PlayStation konsolları və PC platforması üçün buraxılacaq. Bununla birlikdə, hansı PS konsolunu dəstəkləyəcəyi barədə hələ bir məlumat yoxdur.

Oyunun rəsmi təsviri belədir: “Fikriniz həbsxana ola bilər. Ən pis xatirələrinizlə dolu olan bu həbsxana və ya qeyri-mümkün bir missiya kimi görünən bir labirent qaçış kimi görünə bilər. Oyun qaranlıq şəraitdə depressiya və narahatlıq kimi mövzuları əks etdirməyə çalışan bir hekayə macərasıdır.

Qorxu oyunu Luto-nun trailerindən səhnə
oyunun trailerindən səhnə

“Luto” hazırda hazırlanmaqdadır, rəsmi yayım tarixi hələ ki bəlli deyil.