Çinin “Süni Günəş”-i yenə rekord qırdı

Dünyanın texnologiya mərkəzinə çevrilmiş Çin süni günəş proyektində çox vacib bəzi uğurlar əldə edib…

Çinin süni günəş adlandırğı Termonüvə Reaktoru son cəhdlərdə 100 milyon dərəcə selsi istiliyə qalxmışdı.

Vaxtı ilə Günəşin mərkəzindən altı dəfə daha yüksək istiliyi əldə eləmiş HL-2M Tokamak adlı reaktor indi isə 160 milyon dərəcə selsi istiliyi əldə edib.

Bu səviyyədə 20 saniyə qala bilən reaktor 120 milyon dərəcədə isə tam 2 dəqiqə sabit qala bilib.

Çinin Süni Günəşi
HL-2M Tokamak Reaktoru

Sputnikin verdiyi xəbərlərə görə günəşin nüvəsinin istiliyi 15.6 milyon dərəcədir və Çinin süni günəşi bundan 10 dəfə daha çox istilik əldə edib.

Süni günəş tam olaraq 2020-cı ildə fəaliyyətə başlamışdır. Radioaktiv tullantıları olmayan bu sistem böyük və uzun müddətli enerji istehsalı üçün böyük ümidlər vəəd edir.

Çin süni günəş ilə böyük addımlar atır

Bu enerji stansiyasının məqsədi günəşin içərisində baş verən Termonüvə prosesinə oxşar bir formada enerji əldə etməkdir. Hələ ki, davamlı istifadə üçün yararlı olmayan bu proyekt aktiv olaraq istifadə edilmir, lakin bu proyekt üstündə beynəlxalq dəstəklərlə birlikdə aktiv olaraq araşdırmalar və çalışmalar aparılır.

Son uğurlar haqqında danışan Şenzendəki Cənub Elm və Texnologiya Universitetinin bir professoru bundan sonrakı hədəfin bu istilikdə bir həftə boyunca sabit qalmaq olduğunu bildirib.

Oxşar bir sistem üstündə Cənubi Koreyada da araşdırmalar aparılır. Təmiz enerji mənbəyi olan Termonüvə üzərində gedən araşdırmalardan olan KSTAR (Korean Superconducting Tokamak Advanced Reasearch) günümüzdə gəldiyi son yoxlamalarda 100 milyon dərərəcəyə çıxmış və bu dərəcədə 20 saniyə qalmağı bacarmışdır.

Cənubi Koreya mərkəzli tədqiqatçılar süni günəş KSTAR üzərində gedən araşdırmalara davam edir və sonrakı hədəflərinin 2025 ilinə kimi 5 həftə dayanmadan işləməsi olduğunu bildirilər.