Apple Watch Series 7 iki yeniləmə ilə gəlir

apple watch series 7

Apple Watch smart saat bazarında liderliyini davam etdirir. Yeni Apple Watch Series 7-nin çıxış tarixi hələ ki bilinmir, lakin iki böyük yeniləmə ilə gələcəyi açıqlanıb.

Bu payızda buraxılması gözlənilən yeni Apple Watch modelinin böyük yeniləmələr ala biləcəyi bildirilir. MacRumors tərəfindən bəzi yeni hesabatlar açıqlanıb. ET News xəbər verir ki, Apple səs və optikanın köməyi ilə qan qlükozasını ölçmək üçün bir texnologiya inkişaf etdirib. Bu səbəbdən Apple Watch Series 7 bazarda qeyri-invaziv qan qlükoza ölçüsünə sahib ilk məhsul ola bilər. Bu məlumatların doğruluğu açıqlanarsa, bunun çox yaxşı bir addım olacağını və şəkərli diabet xəstələrinin həyatını çox asanlaşdıracağını söyləyə bilərik.

May ayının əvvəlində Apple’ın İngilis firması Rockley Photonics-in ən böyük müştərisi olduğu barədə məlumatlar ortaya çıxıb. Bu şirkətin optik qan analizi sahəsində ixtisaslaşdığı bilinir. Bunu nəzərə alaraq, Apple-ın optik qan analizi üzərində işlədiyini təxmin edə bilərik.

Apple Watch Series 7-nin çıxma tarixi hələ ki açıqlanmayıb.